AZ

Colaninin başına qoyulan mükafat ləğv edildi

ABŞ Dəməşqdəki təmaslardan sonra Suriyada hakimiyyətə gələn “Heyət Təhrir əş-Şam” (HTŞ) silahlı qruplaşmasının lideri Əbu Məhəmməd Colani haqqında məlumat üçün təyin edilən 10 milyon dollar pul mükafatını ləğv edəcək.

Bu barədə ABŞ Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif Suriyaya səfərindən sonra onlayn brifinqdə bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ-ın sözügedən qruplaşmaya qarşı sanksiyaları ləğv edəcəyi, HTŞ-ni terror təşkilatları siyahısından çıxaracağı barədə məlumat yayılmışdı. \\Bakupost.az

phrase_var_article.chosen
12
5
hurriyyet.az

10phrase_var_article.sources