AZ

18 yaşlı qadın əri tərəfindən amansızlıqla öldürüldü - Ağstafada ikinci qətl


Ağstafada qadın həyat yoldaşı tərəfindən qətlə yetirilib.

"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb. Məlumata görə, rayonun Vurğun qəsəbə sakini 23 yaşlı İlyas Qədimov həyat yoldaşı 18 yaşlı Mədinə Qədimovanı qətlə yetirib.

İlkin məlumata görə ər qadına atası evində bir neçə bıçaq zərbəsi endirib. Sonuncu zərbə isə qadının boğaz nahiyəsindən dəyib. Nəticədə Mədinə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə tibbi ekspertizasının Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


Seçilən
19
12
news24.az

10Mənbələr