AZ

Ağstafada 18 yaşlı qadın öldürüldü -HƏYAT YOLDAŞI SAXLANILDI

Ağstafa rayonunda qətl hadisəsi baş verib. 

 

Senzor.az bildirir ki, hadisə Vurğun qəsəbəsində qeydə alınıb.

 

Ağstafa rayon sakini 23 yaşlı İlyas Qədimov şəxsi münasibətlər zəminində həyat yoldaşı, 18 yaşlı Mədinə Qədimovanı qətlə yetirib.

 

Qeyd edək ki, hadisə qadının ata evində törədilib. Artıq polis qətli törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

 

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə təhvil verilib.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
27
14
senzor.az

10Mənbələr