AZ

Stolüstü tennisçilərin ölkə turniri başa çatıb

Sumqayıt şəhərində 2014-cü il təvəllüdlu və daha azyaşlı stolüstü tennisçilərin ölkə turniri keçirilib.

İdman.biz xəbər verir ki, “Qarabağ NN” klubunda təşkil olunan yarışda Bakı, Sumqayıt, Salyan, Şirvan, Şəki və Şabran idmançıları bacarıqlarını göstəriblər.

100-ə yaxın stolüstü tennisçinin qatıldığı turnir şəxsi xarakter daşıyıb.

Gərgin və maraqlı mübarizənin nəticəsinə görə oğlanlar arasında Əliəkbər Mirzəliyev 1-ci, Cəfər Almədədli 2-ci, Saleh Hümbətovla Camal Kərim 3-cü yeri tutub.

Qızların yarışı Mehri Aslanzadənin qələbəsi ilə nəticələnib. O, finalda Nailə Nəzirovaya qalib gəlib. Mehin Mirzəbalayeva ilə Zəhra Cəfərli 3-cü olub.

Fərqlənən idmançılara Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim edilib.

İdman.biz

Məqalədə:
Seçilən
15
6
idman.biz

8Mənbələr