AZ

Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə səfir "X" hesabında paylaşım edib.
"Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Biz bütün sektorlarda Pakistan-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirməyə sadiqik", - diplomat bildirib.
Seçilən
33
16
oxu.az

10Mənbələr