AZ

Bəşər Əsədin həyat yoldaşı ondan buna görə boşanır... - Detallar

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd boşanaraq Rusiyanı tərk etmək istəyir. 

Söz.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Suriyanın keçmiş birinci xanımı Rusiyaya köçdükdən bir neçə gün sonra boşanmaq üçün məhkəməyə müraciət edib. O, doğulub boya-başa çatdığı Böyük Britaniyaya qayıtmaq istəyir. Əsma Əsəd həm Suriya, həm də Britaniya vətəndaşlığına malikdir.

Qeyd olunub ki, Əsmanın anası Sahar Əl-Otri onların boşanması üçün səy göstərir. 

O, qızının 2024-cü ilin mayında qoyulan xərçəng diaqnozu ilə bağlı müalicəsini Britaniya xəstəxanasında davam etdirməsini istəyir.

Eyni zamanda Əsma Əsəd hüquqi maneələrlə üzləşə bilər. Bir sıra Avropa ölkələri və beynəlxalq təşkilatlar qadını həyat yoldaşının hakimiyyəti dövründə korrupsiyada və qanunsuz gəlir əldə ittiham edir.

Xatırladaq ki, aktiv döyüşlər zamanı silahlı müxalifət dekabrın 8-də ölkə üzərində nəzarəti əldə etdiklərini bildirərək Suriyanın iri şəhərlərini, o cümlədən paytaxt Dəməşqi ələ keçirib. 

Bəşər Əsəd prezident postunu tərk etmək qərarına gəlib. Rusiya Federasiyası siyasətçiyə sığınacaq verib.


Seçilən
24
50
soz.az

10Mənbələr