AZ

Olavio Juninyonun keçmiş məşqçisi futbolçunun "Sevilya"ya mümkün keçidini dəyərləndirb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarabağ" klubunun hücumçusu Olavio Juninyonun keçmiş məşqçisi Vitor Kampelos futbolçunun "Sevilya"ya mümkün keçidini müsbət hal adlandırıb.
Oxu.Az xəbər verir ki, hazırda işsiz olan mütəxəssis 2021-23-cü illərdə "Şaviş" klubunda çalışdığı vaxt rəhbərliyi altında oynayan braziliyalının "Sevilya"ya mümkün keçidini dəyərləndirib:
"Bəzən futbolçular müxtəlif səbəblər üzündən böyük şansını gec əldə edirlər. Olavio artıq 28 yaşındadır. O, "Sevilya" azarkeşlərinə çox sevinc bəxş edəcək. Bunun üçün onun vaxtı var. Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, çox güclüdür, həm meydanın dərinliyində oynamaq, həm komandaya dəstək olmağı bacarır. Əla da bitiricidir".
Mütəxəssis Juninyo ilə son söhbətini də xatırladıb:
"Bizim əla münasibətlərimiz var. Bir neçə gün əvvəl danışmışıq. O mənə dedi ki, otağımda danışdıqlarımızı, potensialından yararlanması ilə bağlı verdiyim məsləhətləri xatırlayır. Olavio daim soyunub-geyinmə otağında təmkinli, yaxşı əhvali-ruhiyyədə olur".
Qeyd edək ki, Juninyo "Şaviş"də keçirdiyi 2.5 mövsümdə 81 oyunda 13 qol vurub və komandasına yüksək liqaya vəsiqə qazandırıb.
Seçilən
25
25
oxu.az

10Mənbələr