AZ

Ermənilər Xalq artistinin daha bir mahnısını oğurladılar

Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın “Yeni il” mahnısını oğurlayıb.

Medianews.az bildirir ki, bu haqda axşam.az-a açıqlamasında bəstənin müəllifi Gülər Həsənli deyib.

O bildirib ki, sözləri Baba Vəziroğluna aid olan mahnı 1998-ci ildə yazılıb.

Mahnını Tiqran Asatryan 2021-ci ildə oxuyub və ona klip çəkdirib. O, mahnının müəllifi kimi Levon Abrahamyanı göstərib.

G.Həsənli bildirib ki, müəllif hüquqlarını qorumaq üçün bəzi qrumlara müraciət etməyi planlaşdırır.

Seçilən
9
12
medianews.az

10Mənbələr