AZ

Təkcə Qrenlandiya deyil - Tramp başqa bir strateji bölgəyə də iddia edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Amerikaya təkcə Danimarkaya məxsus Qrenlandiya adasını yox, həm də Panama kanalını birləşdirəcəyini iddia edir.

Paralel.az xəbər verir ki, bu barədə “The Hill” yazır.

Nəşr bildirir ki, bu, Trampın ABŞ-ın dünya üzrə müttəfiqlərinə qarşı iddialarının uzun siyahısının yalnız bir hissəsidir.

Tramp bu yaxınlarda bir neçə dəfə şikayətlənib ki, Panama kanaldan keçən ABŞ gəmilərindən daha çox pul tələb etməyə başlayıb. O, artıq kanalın Amerikanın nəzarətinə qaytarılmasının mümkünlüyü ilə bağlı açıq iddia qaldırıb.

Tramp Panamanın kanaldan istifadəyə görə ABŞ gəmilərindən rüsum almasını “ədalətsizlik, vicdansızlıq və gülünc” adlandırıb: “Ölkəmiz bu soyğunçuluğa dərhal son qoyulmalıdır”.

Həmçinin ABŞ-ın yeni lideri Çinin kanaldan istifadə etməsindən narahatlığını bildirib və Pekinin kanalın fəaliyyətinə təsir göstərə biləcəyinə eyham vurub.

Panama Trampın iddialarını rədd edib. Prezident Xose Raul Mulino qeyd edib ki, gəmilərin kanaldan keçməsi üçün tariflər ərköyünlülüklə müəyyən olunmur.

“Prezident kimi mən açıq şəkildə bildirmək istəyirəm ki, Panama kanalının və ona bitişik ərazinin hər kvadratmetri Panamaya məxsusdur və belə də qalacaq. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə olunmur”.

Respublikaçı strateq və CNN-nin şərhçisi Ana Navarro deyib ki, Trampın təhdidini yerinə yetirmək üçün istənilən cəhd hərbi əməliyyat tələb edəcək.

Qeyd edək ki, bu günlərdə Trampın Kanada ilə bağlı mesajları da diqqət çəkir. ABŞ prezidenti bu ölkə ilə bağlı son açıqlamalarında Kanadanı “Amerikanın ştat”ı adlandırıb.//Teleqraf.com

Seçilən
32
50
paralel.az

10Mənbələr