Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsi (MTTİ) daşınan SONAR sistemi ilə təchiz edilmiş xüsusi təyinatlı SPA 5009 gəmi platformasında gəminin alınması ilə bağlı müqavilə imzalayıb.
Fins.az xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalındakı məlumatlara əsasən, bu satınalma ilə əlaqədar FHN ilə “Bakı Gəmiqayırma Zavodu” MMC arasında müqavilə bağlanıb.
Müqavilənin dəyəri 63,9 milyon manat təşkil edir və bu məbləğ artıq “Bakı Gəmiqayırma Zavodu” MMC-yə ödənilib. Gəmi, xüsusi təyinatlı funksiyaları ilə FHN-nin fövqəladə halların idarə olunmasında texniki imkanlarını artırmaq məqsədini daşıyır.