AZ

Rusiya XİN-dən təyyarə qəzası ilə bağlı AÇIQLAMA

Rusiyanın Qazaxıstandakı səfirliyi Aktau şəhərində baş vermiş təyyarə qəzası ilə bağlı respublikanın hakimiyyət orqanları ilə əlaqə saxlayır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

"Rusiyanın Qazaxıstandakı səfirliyi, eləcə də bu ölkədəki xarici nümayəndəliklərimiz təyyarə qəzası zamanı zərərçəkənlərə yardımın göstərilməsi məsələsi ilə bağlı yerli hakimiyyət orqanları ilə əlaqə saxlayır", - deyə diplomat açıqlayıb.

Zaxarova əlavə edib ki, Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların yaxınları respublika Fövqəladə Hallar Nazirliyinin qaynar xətti ilə əlaqə saxlaya bilərlər.

Ağarza Elçinoğlu 

Seçilən
31
34
unikal.az

10Mənbələr