AZ

Avropa İttifaqının Bakı nümayəndəliyi təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib

Avropa İttifaqinın Azərbaycandakı Nümayəndəliyi AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.

Bu barədə nümayəndəliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

"Qazaxıstanın Aktau șəhəri yaxınlığında Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirdi. Bu faciəli hadisə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə șəfa tapmalarını diləyirik, Avropa İttifaqı bu çətin günlərdə Azarbaycanın yanındadır",-məlumatda qeyd edilib.

Seçilən
3
6
aznews.az

7Mənbələr