Təyyarə hava limanına enərkən uçuş-enmə zolağından çıxıb və hasara çırpılıb.
Söz.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, "Jeju Air" aviaşirkətinə məxsus təyyarə paytaxt Seuldan 288 kilometr cənub-qərbdə yerləşən Muan şəhərindəki Musan Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.
Laynerin göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olub.
İlkin məlumatlara görə, qəza nəticəsində 62 nəfər ölüb. İndiyədək təyyarədən 2 nəfər xilas edilib.
Təyyarənin Banqkok-Muan reysini yerinə yetirdiyi, 2 Tailand vətəndaşı istisna olmaqla, sərnişinlərin Cənubi Koreya vətəndaşları olduğubildirilib.