AZ

İtaliya Super Kuboku: “Milan” əzmkar qələbə ilə 8-ci zəfərini yaşadı

Bu gün Səudiyyə Ərəbistanında təşkil olunmuş futbol üzrə İtaliya Super Kuboku uğrunda həlledici qarşılaşma – final oyunu keçirilib.

Arena.az xəbər verir ki, Ər-Riyadda baş tutan oyunda “İnter” “Milan”la qarşılaşıb.

Milanın eyniadlı təmsilçisi bu oyunda əzmkar qələbə qazanmaqla baş mükafata sahib çıxıb. “Milan” 0:2 hesabıyla geri düşməsinə baxmayaraq, ikinci hissədə vurduğu 3 qol sayəsində möhtəşəm əzmkarlıq nümayiş etdirib.

Qeyd edək ki, “Milan” tarixində 8-ci dəfə İtaliya Super Kubokunu qazanıb. Bununla da sözügedən klub “İnter”ə çatıb. Rekord isə “Yuventus”a məxsusdur – 9 dəfə!

“Milan” daha öncə 1988, 1992, 1993, 1994, 2004, 2011 və 2016-cı illərdə də super kuboka sahib çıxmışdı.

İtaliya Super Kuboku
Yarıminal

2 yanvar

İnter – Atalanta 2:0
Qollar: Dumfris, 49; 61.

3 yanvar

Yuventus – Milan 1:2
Qollar: K.Yıldız, 21 – Pulişiç, 71-pen. Qatti, 76-öz qapısına.

Final

6 yanvar

İnter – Milan 2:3
Qollar: L.Martines, 45+1. Taremi, 47 – T.Ernandes, 52. Pulişiç, 80. T.Abraham, 90+3.

Seçilən
56
11
arena.az

10Mənbələr