Bu gün İspaniya Superkubokunda son finalçının da adına aydınlıq gəlib.
QOL.az xəbər verir ki, 2-ci yarımfinal görüşündə "Real" "Malyorka" ilə qarşılaşıb. Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "King Abdullah Sports Siti" stadionunda keçirilib. Madrid təmsilçisi bu oyunda böyükhesablı qələbə qazanaraq finala adlayıb.
"Kral klubu"nun qollarından 2-si əlavə olunmuş dəqiqələrdə vurulub.
"Real" Superkubokun finalında "Barselona" ilə üz-üzə gələcək. "El-Klassiko" yanvarın 12-də keçiriləcək.
İspaniya Superkuboku, yarımfinal
"Real" - "Mayorka" - 3:0
Qollar: Bellinqem, 63, Valient, 90+3, Rodriqo, 90+5.
"King Abdullah Sports Siti".