AZ

“Real” İspaniya Super Kubokunun finalında “Barsa”ya rəqib oldu

Bu gün keçirilmiş bir oyunla futbol üzrə İspaniya Super Kubokunda 2024/2025-ci illər mövsümünün yarımfinal mərhələsinə yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun Madrid “Real”ı ilə “Malyorka” arasında baş tutub.

Paytaxt təmsilçisi bu oyunda 3 cavabsız qolla qələbə qazanmaqla ikinci finalçı olub.

Bir gün öncə “Barselona” da Bilbao “Atletik”i üzərində inamlı qələbə sayəsində həlledici oyuna vəsiqə qazanmışdı.

Beləliklə, İspaniya Super Kuboku uğrunda həlledici oyunda iki əzəli rəqib – “Real” və “Barselona” komandaları üz-üzə gələcəklər. Sözügedən komandalar arasındakı oyun yanvarın 12-də keçiriləcək. Səudiyyə Ərəbistanında baş tutacaq final qarşılaşmasına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

İspaniya Super Kuboku
Yarımfinal
8 yanvar

Atletik – Barselona 0:2
Qollar: Qavi, 17. Lamin Yamal, 52.

9 yanvar

Real – Malyorka 3:0
Qollar: Bellingem, 63. Valient, 90+2-öz qapısına. Rodriqo, 90+5.

Seçilən
12
28
arena.az

10Mənbələr