AZ

“Real” İspaniya Superkubokunun finalına yüksəldi

"Real Madrid” İspaniya Superkubokunun yarımfinal matçında “Malyorka”nı 3:0 hesabı ilə məğlub edib. SİA xəbər verir ki, qarşılaşma Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilib.

“Los Blankos”un heyətində Cud Bellinhem (63-cü dəqiqə), Rodriqo (90+5), “adalılar”ın futbolçusu Martin Valent isə öz qapısına qol vurub (90+3).

Final matçında “Real” digər yarımfinalda Bilbaonun “Atletik”ini 2:0 hesabı ilə yenən “Barselona” ilə qarşılaşacaq. Həlledici görüş yanvarın 12-də Ciddədə keçiriləcək.

İspaniya Superkuboku 1982-ci ildən keçirilir. 2019/20 mövsümündə ənənəvi format İspaniya çempionu, İspaniya Kubokunun sahibi, ölkə vitse-çempionu və kubok finalçısı olmaqla dörd komandanın iştirakı ilə miniturnirə dəyişdirilib. “Barselona” superkuboku 14 dəfə qazanıb və bu göstəriciyə görə birinci yeri tutur. Hazırkı kubok sahibi 2024-cü ilin yanvarında “Barselona”nı 4:1 hesabı ilə məğlub edən “Real”dır.

Seçilən
13
3
sia.az

10Mənbələr