Mingəçevir evdə qadın meyiti tapılıb
Mingəçevir şəhərində evdə 65 yaşlı qadın meyiti tapılıb.
Femida.az-ınməlumata görə, bu gün səhər saatlarında şəhər ərazisində yerləşən evlərin birində 1958-ci il təvəllüdlü Pərvanə Hüseynovanın meyiti aşkarlanıb.
Əraziyə hüquq-mühafiəz orqanlarının əməkdaşları gəlib.
İlkin araşdırma zamanı məlum olub ki, qadının üzərində zorakılıq əlamətləri yoxdur.
Onun ürək çatışmazlığından öldüyü bildirilir.