AZ

Azərbaycan Premyer Liqası: mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər - SİYAHI

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər bəlli olub.

MediaPost-un araşdırmasına görə, FIFA referisi Əliyar Ağayev siyahının ilk pilləsində qərarlaşıb.

36 yaşlı ədalət təmsilçisi 10 qarşılaşmada əsas hakim funksiyasını yerinə yetirib.

İnqilab Məmmədov və Rəvan Həmzəzadə hərəyə 9 görüşlə 2-3-cü yerləri bölüşdürürlər.

Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər:

Əliyar Ağayev - 10

İnqilab Məmmədov - 9

Rəvan Həmzəzadə - 9

Rauf Cabarov - 8

Elçin Məsiyev - 8

Cavid Cəlilov - 7

Rəşad Əhmədov - 7

Tural Qurbanov - 6

Fərid Hacıyev - 6

Kamal Umudlu - 5

Bununla yanaşı, Kamranbəy Rəhimov (4), Emin Əliyev, Rauf Allahverdiyev (hərəyə 3), Nicat İsmayıllı, Əli Əliyev (hərəyə 2) və Kamran Əliyev (1) də çempionat oyunlarına baş hakim kimi təyinat alıblar.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında ilk iki dövrədə ümumilikdə 90 qarşılaşma baş tutub.

Xəbərlər departamenti

Seçilən
54
23
mediapost.az

10Mənbələr