AZ

Laçında “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzi fəaliyyətə başlayıb

Laçın şəhərində “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin açılış mərasimi keçirilib.

525.az-a bu barədə Laçın Abadlıq Xidmətindən məlumat verilib.

Bildirilib ki, açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, “Bakı Abadlıq Xidməti” MMC-nin, “Laçın Abadlıq Xidməti” ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, bu gün Laçında həm də “İslimi” Xalçaçılıq Mərkəzi açılıb.






















Bizi İnstagramda izləyin

Seçilən
106
9
525.az

10Mənbələr