AZ

"2024-cü ildə Rusiya Ukraynada ağır hərbi məğlubiyyətə uğrayacaq və Cənubi Qafqazda mövqelərini itirəcək" - ŞOK AÇIQLAMA

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması Cənubi Qafqazda geosiyasi məsələləri kökündən dəyişəcək. 100 ildən artıq Rusiyanın Cənubi Qafqazda yaratdığı siyasi nizam İkinci Qarabağ Müharibəsi ilə pozulub. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə Moskvanın regionda təsiri tamamilə bitəcək". 

Bu fikirləri "MediaPost"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Rusiyanın yeni siyasi konfiqurasiya ilə barışması polemikadır:

alt

"Rusiya Ermənistanın asanlıqla Qərbə inteqrasiya olunmasına və bu ölkədə hərbi bazalarının bağlanmasına seyrçi qalmayacaq. Əgər Türkiyə Cənubi Qafqazda həlledici rola malik olmasaydı, Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması istiqamətində irəliləyişlərə mane olardı. Sülh müqaviləsinin bağlanmasında və irəliləyişin əldə edilməsində Türkiyə faktoru əsas rol oynayır. 2024-cü il Rusiyanın Ukraynada ağır hərbi məğlubiyyəti və Cənubi Qafqazda tamamilə geosiyasi mövqelərini itirməsi ilə nəticələnə bilər".

Müşviq Tofiqoğlu

Seçilən
293
50
mediapost.az

10Mənbələr