Bu gün Avropa İttifaqının Ermənistandakı missiyası sərhədyanı ərazilərdə 1500 patrul xidməti keçirib.
"Report" xəbər verir ki, bu barədə missiyanın "X" hesabında paylaşım edilib.
Bildirilib ki, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb.
"Avropa İttifaqının Ermənistandakı missiyası Qafan, Gorus, Cermuk, Yeğeqnadzor, Martuni və İcevandakı 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir",- qurumdan bildirilib.