Bakıda evdən 17 min manat dəyərində qızıl oğurlanıb.
KONKRET.az DİN-ə istinadla xəbər verir ki, oğurluq paytaxtın Xətai rayonu ərazisindəki mənzillərin birində baş verib.
17 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Faiq Cavadov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.