AZ

Hikmət Hacıyev: “Okampo hüquqşünas olaraq “soyqırımı” anlayışından sui-istifadə edir”

“Luis Moreno Okamponun hesabatını ciddi qəbul etmək çətindir, o, korrupsiyaçı hüquqşünasdır. Ona qarşı mühüm ittihamlar irəli sürülüb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.

“Onun bu reportajı erməni lobbiçilərinin pulu ilə hazırlamasınl sübut edən faktlar var. Təəssüf edirəm ki, o, hüquqşünas olsa da, “soyqırımı” anlayışından sui-istifadə edir, bəzi beynəlxalq media resursları isə bu anlayışdan düzgün istifadə etmir”, - H. Hacıyev.

Onun sözlərinə görə, bu, bir növ təhqir kimi qəbul edilir, çünki Azərbaycan xalqı öz tarixində etnik təmizləmə ilə üzləşib.

O, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək hüququna malik olduğunu vurğulayıb.

Bundan əvvəl deyilib ki, Azərbaycan əleyhinə qərəzli hesabatın müəllifi, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru, hüquqşünas Luis Moreno Okampo dəfələrlə qalmaqalların mərkəzində olub və o, manipulyasiya və hüquq normalarının pozulmasında şübhəli bilinib.

Seçilən
239
1
oxu.az

10Mənbələr