Minifutbol üzrə Azərbaycan millisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən beynəlxalq turnirin qalibi olub.
Azərbaycan Minifutbol Federasiyasından XQ-ə verilən məlumata görə, yığma həlledici oyununda son dünya çempionu Rumıniya komandası ilə qarşılaşıb. Görüş seçməmizin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Elşad Quliyevin yetirmələri mükafata sahib çıxıblar.
Turnirin ən yaxşı qapıçısı Vəli Qafarov, ən yaxşı futbolçusu adına isə Elvin Əlizadə layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta