AZ

“Araz Naxçıvan” daha bir futbolçu ilə müqaviləni UZATDI

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb. 

Bizim.Media xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. 

Belə ki, qışda komandaya qoşulan Ramin Nəsirli yeni mövsümdə də “qırmızı-ağlar”ın heyətində yer alacaq. U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 
Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlanıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
163
13
bizim.media

10Mənbələr