AZ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edib

İyunun 29-dan iyulun 1-i axşamadək bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı “sarı” və “narıncı” xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sarı xəbərdarlığa uyğun olaraq Ağstafa, Şəmkir, Tovuz, Samux, Bərdə, Tərtər, Göygöl, Ağdam, Ağcabədi, Balakən, Zaqatala, Şəki, Qax rayonlarında və Naxçıvan Muxtar Respublikasında şərq küləyi əsəcək, küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.

Narıncı xəbərdarlığa əsasən Naftalan, Goranboy, Gəncə, Yevlax, Mingəçevir, Daşkəsən rayonlarında isə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20,8-28,4 metr/saniyə olacağı gözlənilir.

DOĞRU.AZ

Seçilən
202
49
dogru.az

10Mənbələr