AZ

Azərbaycan millisinin qılıncoynadanının dünya sıralamasındakı mövqeyi bilindi

Azərbaycan millisinin qılıncoynadanı Anna Başta dünya reytinqində 33-cü sıradadır.

"Operativ Media" xəbər verir ki, Baştanın aktivində 48,000 xal var. O, cari mövsümdə beynəlxalq arenada medal hesabını hələ açmayıb. Annanın son yarışı Lüksemburqda keçirilən Avropa lisenziya turniri olub. Anna yarışda zədələnərək 5-ci yeri tutub. Hazırda bərpa prosesi keçən qılıncoynadan ikinci Olimpiadasına hazırlaşır.

Qeyd edək ki, reytinq cədvəlinə yaponiyalı Misaki Emura başçılıq edir. Fransalı Sara Balzer ikinci, yunanıstanlı Teodora Qkountura isə üçüncüdür.

Seçilən
56
1
operativmedia.az

3Mənbələr