AZ

İspaniya Fransa matçı başladı

Almaniyada təşkil olunan AVRO-2024-də bu gün yarımfinalın ilk oyunu keçiriləcək. Sport24.az xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.
 
Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.
 
Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.
 
Qeyd edək ki, yarımfinalın digər oyunu sabah baş tutacaq. Niderland İngiltərə ilə üz-üzə gələcək.
AVRO-2024
Yarımfinal
9 iyul
23:00. İspaniya - Fransa 0:0 (Birinci hissə)
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Münhen, "Alyans Arena".

Seçilən
116
4
sport24.az

10Mənbələr