Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunda qrupdakı son matçını keçirib.
Prosport.Az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta ilə qarşılaşıb.
Millimiz bu görüşdə 56:50 hesabı ilə qələbə qazanıb. Komanda bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə məğlub olub. Yığma ikinci görüşdə Moldovanı 78:55 hesabı ilə üstələyib.
Qeyd edək ki, oğlanların turnirinə Albaniya ev sahibliyi edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta