AZ

UEFA Çempionlar Liqası: "Qarabağ"ın rəqibi məlum oldu

Bu gün UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

Bu mərhələnin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda Azərbaycan çempionu və ölkə kubokunun qalibi "Qarabağ"ın rəqibi oub.

Cəbüllütariq təmsilçisi ötən həftə Maltadakı səfər görüşündə minimal hesabla qələbə əldə etmişdi. Bugünkü oyunun isə əsas vaxtı "Hamrun"un eynihesablı üstünlüyü ilə bitib. Yeganə qolu 89-cu dəqiqədə Vitao vurub. Əlavə vaxtda tablodakı rəqəmlər dəyişmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan (5:4) "Linkoln" 2-ci təsnifat mərhələsinə yüksəlib və "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, "Qarabağ" ikinci təsnifat mərhələsində ilk matçı səfərdə (23 və ya 24 iyul), cavab görününü Bakıda (30 iyul) keçirəcək. Hazırda Ağdam təmsilçisi Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışındadır.

Seçilən
54
3
cbcsport.az

5Mənbələr