AZ

Futbol“Səbail” təlim-məşq toplanışında son oyununu keçirib

2024/2025 mövsümünə hazırlığı davam etdirən “Səbail” Türkiyə toplanışında bu gün sonuncu yoxlama oyununu keçirib.

"Far.Az" xəbər verir ki, "dənizçilər" Türkiyə I Liqası təmsilçisi “Ərzurumspor”la qarşılaşıb.

Matç 2:2 hesablı bərabərliklə yekunlaşıb. Paytaxt klubunun heyətində Süleyman Alluş və Nihad Quliyev fərqlənib.

Qeyd edək ki, “Səbail” sabah vətənə yola düşəcək.

Seçilən
48
1
far.az

10Mənbələr