AZ

Basketbolçularımız Avropa çempionatının finalına yüksəlib

Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunda millimizin yarımfinal oyunu baş tutub.

Apasport.az xəbər verir ki, qızlarımız yarımfinalda Kipr yığması ilə qarşılaşıblar. Oyuna fəal başlayan millimiz, rəqib üzərində 66-49 hesablı qələbəyə sevinib.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Angelina İsmayılova (26 xal, 4 ribaund) seçilib. Bu qələbə ilə qızlarımız Avropa çempionatının finalına vəsiqə qazanıblar. Millimizin 28 iyulda baş tutacaq final oyunundakı rəqibi, Kosovo-Albaniya görüşünün qalibi olacaq

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
3
apasport.az

6Mənbələr