AZ

Paris-2024: Azərbaycanın kamandan oxatanı növbəti mərhələyə yüksəlib

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Hurriyyet.az xəbər verir ki, təmsilçimiz 1/32 finalda çinli An Qixuanla görüşüb.

Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.

Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olacaq.

Qeyd edək ki, Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Seçilən
23
8
hurriyyet.az

10Mənbələr