Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, yığma III turda Fransa ilə qarşılaşıb.
Görüş komandamızın 10:15 hesablı məğlubiyyəti ilə başa çatıb.
Seçməmiz ilk turda Ispaniyaya 16:18 hesabı ilə uduzub. Növbəti qarşılaşmada isə ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
Azərbaycanın növbəti görüşü Almaniya millisinə qarşı olacaq.