AZ

Paris-2024: Giorgi Meşvildişvili Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb

Paris-2024: Giorgi Meşvildişvili Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Oxu.Az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib.

Rəqibinə 4:0 hesabı ilə qalib gələn Meşvildişvili 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Seçilən
159
25
sonxeber.az

10Mənbələr