AZ

Almaniya klubu 22 milyon avroya 19 yaşlı futbolçu transfer edib

Almaniyanın "Leypsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.

"Report" "New York Times"a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.

O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, A.Nusa ötən mövsüm "Brügge" klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" bu keçidi 22 milyon avro olaraq qiymətləndirib.

"Cebheinfo.az"

Seçilən
67
2
cebheinfo.az

3Mənbələr