AZ

Millimizin Bakı mərhələsindəki rəqibləri bəlli olub

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.
 
Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın "Düsseldorf ZOOS" klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək. Avqustun 17-də "Düsseldorf ZOOS"la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq. İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlayacaq.
 
Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.

Seçilən
46
3
sport24.az

8Mənbələr