AZ

Peşəkar mühasib sertifikatı almaq istəyənlər imtahan veriblər

Nəticələr dörd həftə ərzində elan olunacaq
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 noyabr 2023-cü il tarixində peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi (mühasibat uçotu üzrә) keçirilib. AYNA xəbər verir ki, bu barədə DİM-dən bildirilib.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda və Naxçıvan şəhərlərində ümumilikdə yeddi binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün yeddi ümumi imtahan rəhbəri, 19 imtahan rəhbəri, 138 nəzarətçi müəllim, 20 mühafizə (buraxılış rejimi) əməkdaşı cəlb olunub.
İmtahan üç saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. İmtahanda maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli tapşırıqların 20-si bir balla, 10-u iki balla, açıq tipli tapşırıqların səkkizi beş balla, ikisi 10 balla qiymətləndirilir.
İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın dörd həftə ərzində elan olunacaq.
Xatırladaq ki, imtahanın II mərhələsi (qanunvericilik üzrə) noyabrın 26-da keçiriləcək və prosesdə iştirak etmək üçün qeydiyyat noyabrın 14-dək davam edəcək.

Seçilən
629
6
ayna.az

7Mənbələr