Almaniyanın "Leypsiq" klubu Belçika təmsilçisi "Brügge"dən Antonio Nusanı transfer edib.
Bundesliqa təmsilçisi 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. O, yeni klubunda 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nusa ötən mövsüm "Brügge" klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" bu keçidi 22 milyon avro olaraq qiymətləndirib.