AZ

“Zirə” tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazandı – YENİLƏNDİ

“Zirə” UEFA Konfrans Liqasında növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bakıda Xorvatiyanın “Osiyek” klubu ilə üz-üzə gəlib.

“Liv Bona Dea Arena”dakı matçda qalib müəyyənləşməyib – 2:2.

Qonaqlarda 37-ci dəqiqədə 37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib. 54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Qismət Alıyev tarazlığı bərpa edib. 81-ci dəqiqədə Anton Matkoviç xorvatların ikinci qoluna imza atıb. 90-cı dəqiqədə Davit Volkov adını tabloya yazdırıb.

Səfərdəki ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub. 30 dəqiqədə qapılara qol vurulmadığından penaltilər seriyası olub. Burada daha dəqiq olan (2:1) “Zirə” tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlib. Komanda bu raundda Kiprin “Omoniya” kollektivi ilə görüşəcək.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əlavə vaxt başa çatıb.

KONKRET.az xəbər verir ki, görüş 2:2 hesabı ilə yekunlaşıb.

Cütün taleyinə penaltilər seriyasında aydınlıq gələcək.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda əsas vaxt başa çatıb.

KONKRET.az xəbər verir ki, hazırda hesab bərabərdir – 2:2.

Səfərdəki ilk görüşdə də heç-heçə (1:1) qeydə alındığı üçün əlavə vaxta ehtiyac duyulub.

Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü müəyyənləşdirməyə çalışacaq.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi növbəti dəfə hesabı bərabərləşdirib – 2:2.

90-cı dəqiqədə Davit Volkov tarazlığı bərpa edib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, qonaqlar yenidən hesabda önə keçiblər – 2:1

81-ci dəqiqədə Anton Matkoviç fərqlənib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda növbəti qol vurulub.

KONKRET.az xəbər verir ki, Azərbaycan təmsilçisi 54-cü dəqiqədə hesabı bərabərləşdirib – 1:1.

Qismət Alıyev penaltini dəqiq yerinə yetirib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə başlayıb.

KONKRET.az xəbər verir ki, hazırda qonaqlar hesabda öndədirlər – 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda birinci hissə başa çatıb.

KONKRET.az xəbər verir ki, qonaqlar fasiləyə öndə yollanıblar – 1:0.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ilk qol vurulub.

KONKRET.az xəbər verir ki, qonaqlar görüşdə hesabı açıblar.

37-ci dəqiqədə Vedran Yuqoviç fərqlənib.

***

Bakıda “Zirə” və Xorvatiyanın “Osiyek” komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

KONKRET.az xəbər verir ki, “Liv Bona Dea Arena”dakı matç saat 20:30-da start götürüb.

Görüşü avstriyalı Xulian Veynberqer idarə edir.

Qeyd edək ki, səfərdəki ilk qarşılaşmada heç-heçə qeydə alınıb – 1:1.

Seçilən
38
16
konkret.az

10Mənbələr