EN

Azərbaycan tennisçisi Fransada medal qazandı

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə Fransanın Şiltiqheym şəhərində təşkil olunan “Euro Mini Champs” yarışında uğurlu çıxış edib.

"Operativ Media" Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2011-2012 təvəllüdlü 128 idmançı arasında yarışan idmançımız təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb.

1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn stolüstü tennisçimiz yarımfinalda rumıniyalı həmkarına uduzub. Təmsilçimiz 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək bürünc medal qazanıb.

Chosen
47
14
operativmedia.az

10Sources