Bakı. Trend:
Stolüstü tennis üzrə Fransanın Şiltiqheym şəhərində “Euro MiniChamps” yarışı keçirilib.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadəturnirdə fəxri kürsüyə yüksəlib.
2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında mübarizə aparanstolüstü tennisçimiz təsnifat mərhələlərini inamla adlayaraqmükafatlar uğrunda mübarizə aparıb. 1/16 finalda fransalı, 1/8-dəbolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələnQuluzadə yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yeruğrunda görüşdə Çexiya idmançısını üstələyərək yarışın bürüncmedalına layiq görülüb.
Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digərtəmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeritutub.