Müdafiəçi Joao Kanselo “Mançester Siti”ni tərk etməyə yaxındır.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçunu Səudiyyə Ərəbistanı çempionatına göndərməyə razılaşıb.
Müdafiəçinin yeni iş yeri “Əl-Hilal” olacaq. Kanselonun transferi üçün Səudiyyə Ərəbistanı klubu “şəhərlilər”ə təxminən 24 milyon avro ödəyəcək.
Futbolçunun özü hələ ki, transferə razılıq verməyib, lakin bu, an məsələsidir. Kanselonun “Əl-Hilal”la üç illik müqavilə bağlayacağı gözlənilir.
30 yaşlı müdafiəçi 2023/24 mövsümündə icarə əsasında “Barselona”da çıxış edib. O, 32 matçda iştirak edib, iki qol vurub və dörd məhsuldar ötürmə verib.