EN

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Ancaq saatlar keçdikcə problemlərin sayı artacaq. Kiçik anlaşılmazlıqlar və çətinliklər istisna deyil. Problemləri ürəyinizə salmayın. Belə olarsa, yaxın ətrafınızdakı insanlarla müqayisədə sədləri daha tez dəf edə bilərsiniz.

Buğa - uğurlar və qələbələr önəmlidir. Amma işlərin gedişatına aldanaraq kiçik problemlər və nöqsanları qulaqardına vurmayın. Diqqətli olun. Sərvaxt davransanız, bir sıra çətinliklərin qarşısını ala bilərsiniz.

Əkizlər - qarışıq gündür və işlər asan deyil. Amma məqsədə aparan yolda dəfn edilməsi mümkünsüz sədlər, maneələr yaranmayacaq. Sadəcə, irəliləyiş adi günlərlə müqayisədə bir qədər zəif olacaq. Şərtlərə üsyan etməyin. Situasiyadan öz maraqlarınız üçün yararlanmağa çalışın.

Günün ikinci yarısı yeni taktika ilə strategiyanı düşünmək, planları reallaşdırmaq üçün pis deyil.
Yaşam potensialının səviyyəsi azalacaq. Özünüzü qoruyun. Rasiona fikir verin, sağlam qidalanın. Belədə səhhətinizdə problemlərdən qurtula bilərsiniz.

Xərçəng - soyuqqanlı olun. Təmkin və məntiq bu gün ən yaxşı dostlarınız olmalıdır. Dürüst qərarları tapmaq çətin deyil. Situasiyanı aydınlaşdırın, nə zaman hansı addım atmağın gərəkdiyini müəyyənləşdirin. Yalnız məntiqinizə güvənin. Yaxın ətrafınızdakı insanların məsləhətləri o qədər də yaxşı deyil.

Şir - günün ilk yarısı laübəli, qarışıq olacaq. Rəqiblərlə bədxahlar adi günlərdən fərqli olaraq indi daha aktiv, daha aqresivdirlər. Onlar sizə pislik etməyə, işlərinizə pəl vurmağa çalışırlar. Tələlərdən yan keçin. Belə əməllər səy və vaxt tələb etdiyindən işlərinizdə gecikmələr ola bilər.

Qız - müsbət təmayüllərin təsiri çoxdur. Gün pis deyil. İşlərinizdə əhəmiyyətli irəliləyişlərə nail ola bilərsiniz. Həmişə sizə mane olmağa çalışan insanlar bu gün bir qədər passiv olduqlarından yaxşı şanslar yaranıb. İşgüzar danışıqlar, tanışlıqlar, habelə potensial sifarişçilərlə görüş üçün münasib zamandır.

Tərəzi - mənasız hisslər, əssassız təlaş və emosional gərginlikdən qorunsanız, gün pis alınmayacaq. Buna nail olmaq üçün ilk əvvəl təmas və ünsiyyət çevrənizi bir qədər məhdudlaşdırın. Qalmaqal yaradan, davakar insanlardan uzaq olun. Təmkinli, soyuqqanlı davranın.

Əqrəb - intensiv və məhsuldar yaradıcılıq axtarışları zamanıdır. Aktiv olun. Ən adi, rutin və cari məsələlərin həllində süst davranmayın. Ağır situasiyalarda uğur qazanmağa çalışın. Yeni layihəyə başlamaq üçün münasib zamandır.

Oxatan - hadisələrlə zəngin gündür. Yaşanan olayları tez-tələsik dəyərləndirməyin. Məntiqli və soyuqqanlı olun. Yaxın gələcəklə bağlı planlar qurun. Daha sonra isə həmin planları konkretləşdirin və real işlərə başlayın.

Oğlaq - insanlar və hadisələrlə bağlı tələsik, düşünülməmiş qərar verməyin. Detalları daha diqqətlə, təfərrüatlı şəkildə təhlil edin. Əks təqdirdə səhvlərə yol verəcəksiniz.

Dolça - günün ilk yarısı çox əlverişlidir. Peşəkar fəaliyyət sahəsində uğur qazana bilərsiniz. İşdə həmkarlarla münasibətləri yaxşılaşdırmaq şansları var. Yeni müttəfiq və ya tərəfdaş tapa bilərsiniz. Bu yaxınlara qədər bədxahlarınız və rəqiblərinizin yanında olan insan sizə yardım edəcək.

Balıqlar - bəzi hadisələr gözləntilərinizin əksinə ola bilər. Ümumiyyətlə isə, gün o qədər də pis deyil. Şəraitdəki dəyişikliklərə sürətlə uyğunlaşmağı bacarın. Situasiyadan tez baş çıxarın. Yaxın ətrafınızdakı insanlar davranışınızı bəyənməyə bilərlər. Onlar sizdən əvvəlcədən seçilmiş davranış modelinə riayət etməsini istəyirlər.

Milli.Az

Chosen
245
36
mia.az

10Sources