Göygöl rayonunda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Hacıməlik qəsəbəsində qeydə alınıb.
"Hyundai" və "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 1992-ci il təvəllüdlü R.Muradov aldığı xəsarətdən dünyasını dəyişib.
Qəza zamanı daha 3 nəfər - 1986-cı il təvəllüdlü T.Babayev, 1989-cu il təvəllüdlü N.Həsənova və 1995-ci il təvəllüdlü Ə.Aslanov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, "Hyundai" toqquşma zamanı zərbənin gücündən idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.