“Tesla”-nın son modeli mütəxəssisləri məyus edib
"Truist Securities" texnologiyası üzrə analitik Uilyam Stayn "Tesla" avtomobil şirkətinin yeni istehsalı olan, müasir texnologiyaya əsaslanmaqla qurulan "Full Self-Driving" sisteminin ən son versiyasını sınaqdan keçirib. Sınaq zamanı mütəxəssislər bu maşının imkanlarından çox məyus olduqlarını deyiblər.
Reyting.az "ABW.By"-yə istinadla xəbər verir ki, mütəxəssislər maşını sınaqdan keçirmək üçün "Full Self-Driving"-in ən son versiyası olan “Tesla Model 3”-dən istifadə ediblər. Lakin yürüş zamanı yolun ilk 15 km-də avtomobil qırmızı işıqda keçərək keçid zolağından sola dönmə edib. Maşın hətta bu vəziyyətdə belə idarəetməni ələ keçirə bilməyib, ancaq çox keçmədən avtopilot qəfil işə düşüb.
Analitik, avtomobil üzrə mütəxəssis U. Staynın investorlara yazdığı hesabatdan məlum olur ki, "Full Self-Driving"-in ən son versiyası heç də sahibkar İlon Maskın proqnozlaşdırdığı kimi tamamilə nəzarət çərçivəsində "Muxtariyyət problemini də həll etmir" və üstəlik, robotataksinin işə salınma ehtimalına heç cür yeni uğur vəd etmir, hətta yaxşılığa doğru belə bir addım atmır.
U. Stayn hesab edir ki, bu texnologiya "Tesla" şirkətinə nə zamansa böyük gəlir gətirəcək, lakin sistem mükəmməl inkişaf etmədiyi üçün bu barədə danışmaq hələ tezdir.
Oqtay QORÇU