EN

Paris-2024: Paraüzgüçümüz finala yüksələ bilməyib

Azərbaycanın paraüzgüçüsü Raman Saley Paris-2024 Yay Paralimpiya Oyunlarında həlledici mərhələyə adlamağa nail olmayıb.

Saley 50 metr məsafəyə sərbəst üsulla üzməkdə qüvvəsini sınayıb.

S12 kateqoriyasında yer alan Saley 24,39 saniyə ilə 9-cu olub. İdmançı ilk "8-liy"ə düşə bilmədiyi üçün finala vəsiqə qazanmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal var. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.

Chosen
111
4
cbcsport.az

5Sources