EN

İran Rusiya səfirini XİN-ə çağırdı - Azərbaycanla bağlı məsələyə görə

Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya üzrə baş direktorunun görüşü keçirilib.

Olaylar bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

Qeyd edilib ki, nazirliyin Avrasiya üzrə baş direktoru Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb.

Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb.

Tərəflər, həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin "3+3" məsləhət mexanizminin qarşıdan gələn iclasını və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşünü müzakirə olunub. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
98
37
olaylar.az

10Sources