EN

Ərdoğan Kremlin bu təklifini qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRİKS sammitində iştirakla bağlı dəvətini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

"Təklif Türkiyə tərəfinə göndərildi, Ərdoğan bunu qəbul etdi", - o deyib. 

Dünən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da öz növbəsində Vladimir Putinin Türkiyəyə səfərinin tarixlərinin hələ razılaşdırılmadığını, işlərin davam etdiyini bildirib.

Qeyd edək ki, BRİKS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Ağarza Elçinoğlu 

Chosen
162
50
unikal.az

10Sources